Sərt karantin rejimində vətəndaşlar bütün kommunal xərclərdən azad edilməlidir! Bunun üçün dövlətin gücü kifayət qədərdir, amma vətəndaş əziyyət çəkir, vətəndaşın gücü yoxdur. Qazı, işığı, suyu ödəyə bilməyəndə vətəndaşın balası ac qalır, susuz qalır, soyuqda donur. Dövlətin bütün bunları həll etmək üçün 30 milyon vəsait sərf etməsi yetərlidir. Dövlət vətəndaşına 30 milyon manatı güzəştə gedə bilmir? Çoxmu çətindir?
Bu sözləri 24 dekabr 2020-ci il Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Ağazadə Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-nin efirində canlı yayında qonaq olarkən deyib.
Pandemiyanın törətdiyi fəsadlardan danışan partiya sədri hakimiyyətdən tələb edib ki, sərt karantin rejimi dönəmində vətəndaşların bütün kommunal xərclərdən azad edilməsi üçün ciddi addımlar atılsın. Bir ay dövlət büdcəsindən ödəniləcək vəsaitlərin miqdarı dövlət üçün böyük xərc olmadığını vurğulayan İqbal Ağazadə bildirib ki, qaz pulu, işıq pulu, su pulu və başqa kommunal xərclərin ödənilməməsi üçün dövlətin gücü kifayət qədərdir, amma vətəndaş əziyyət çəkir, vətəndaşın gücü yoxdur.
Qazı, işığı, suyu ödəyə bilməyəndə vətəndaşın balası ac qalır, vətəndaşın balası susuz qalır, soyuqda donur. İmkan verin, şərait yaradın, təkliflərimizi eşidin. Dövlətin bütün bunları həll etmək üçün 30 milyon vəsait sərf etməsi yetərlidir. Dövlət vətəndaşına 30 milyon manatı güzəştə gedə bilmir? Nə qədər çətindir bu? Vətəndaşın pandemiyada əziyyət çəkməməsi üçün ciddi addımlar atılmalıdır!
Sözügedən verilişin pandemiya ilə bağlı hissəsini izləyicilərimizə təqdim edirik: