Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli 14 mart 2022-ci ildə Əvəz Zeynallının təqdimatında Xural Tv-də canlı efir qonağı olub.
Veriliş “Ermənilər Xankəndini boşaldırlar?!” mövzusu ətrafında baş tutub.
Partiya sədrinin müavini Qarabağ bölgəsində baş verənlərdən, ərazidə hərəkətlənmədən, yayılan iddialardan, Xankəndidəki son durumdan, orada yaşayan əhalinin işığının və suyunun günlərlə kəsilməsindən, erməni əhalinin köçməsi xəbərlərindən danışıb.
O, Qarabağdakı rus sülhməramlılarının durumundan, onların Rusiyaya aparılması barədə xəbərlərdən, bölgədə növbəti əməliyyatın olacağı barədə fikirlərdən də söz açıb.
Bakir Həsənbəyli həmin bölgədəki erməni silahlılarının iki ilə yaxın müddətdə hələ də çıxarılmadığına diqqət çəkib, atəşkəsin tez-tez pozulduğunu vurğulayıb, Zəngəzur dəhlizinin reallaşmamasının səbəblərinə, həmçinin Azərbaycanla İran arasındakı anlaşmaya toxunub.
Partiya sədrinin müavini Azəbaycanla bağlı Avropa Parlamentinin qətnaməsinə də diqqət çəkib.
Ümid sədrinin müavini ölkədəki iqtisadi sosial problemlərdən, Rusiyada və Ukraynada yaşayan azərbaycanlıların qarşılaşdığı problemlərdən, iş yerlərinin itirilməsindən, iqtisadi təminatla bağlı ciddi problemlərin yaranacağından, taxıl və ərzaq məsələsində yaranacaq çətinliklərdən də söz açıb.
Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi, gözləntilər, münaqişədə Avropanın və dünyanın tutduğu mövqe də verilişdə müzakirə mövzusu olub.
Sözügedən efiri izləyicilərə təqdim edirik: