Ermənistanın artıq Rusiyaya inamı qalmayıb – BAKİR HƏSƏNBƏYLİ

Ümid Partiyası sədrinin müavini Bakir Həsənbəyli 11 may 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Ermənilər məktub göndərdi. “Sülh tələb edirik” mövzusu ətrafında baş tutub.

Bakir Həsənbəyli Ermənistanda baş verən son siyasi hadisələrdən, genişlənən etiraz aksiyalarından, Azərbaycanla sülh müqaviləsinə qarşı çıxan xalq kütlələrindən danışıb.

O, bu aksiyalardan olan gözləntilərini də izləyicilərlə bölüşüb. Paşinyan hakimiyyətinə qarşı Rusiyanın təsir rıçaqlarından danışan Ümid rəsmisi, Azərbaycan üçün də bu cür təzyiq rıçaqlarının olduğunu xatırladıb.

Bakir Həsənbəyli Qarabağda son baş verənlərdən, rus sülhməramlılarının və erməni separatçılarının təxribatlarından da danışıb və rus sülhməramlılarının çıxarılması üçün hakimiyyətin atmalı olduğu addımlara diqqət çəkib.

Rusiya-Ukrayna müharibəsi, Rusiyanın təcavüzkarlıq siyasəti və müharibənin necə bitəcəyi ilə bağlı proqnozlar da verilişdə müzakirə mövzusu olub.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz