Ümid Partiyasının sədri İqbal Ağazadə 27 may 2021-ci il ARB24 telekanalında canlı efir qonağı olub.
Aparıcının “Ermənistanın yaratdığı təxribatlar seçkilərin təxirə salınmasına hədəflənmiş ola bilərmi?” sualına İqbal Ağazadə deyib ki, Ermənistanla sərhəd bölgəsində baş verən hadisələri xarakterizə edərkən ilk növbədə qeyd etmək lazımdır ki, Ermənistan 20 iyun növbədənkənar parlament seçkilərinə hesablanmış addımlar atır. Azərbaycan – Qarabağ məsələsində, Azərbaycan-Ermənistanın sərhədləri çərçivəsində namizədin fikir və mövqeləri kimə yaxın olacaqsa, onun üzərindən siyasət aparacaqlar. İstər Zəngəzur, istərsə də sərhədlər istiqamətində bu elementlərin şahidi olacağıq. Amma Azərbaycan dövləti olaraq, bizim üzərimizə düşən vəzifələr var. Cənubi Qafqazda yerimizi möhkəmlətmək, 44 günlük savaşdan sonra yarımçıq qalan işlərimizi masa ətrafında davam etmək, sərhədlərimizi bərpa etmək, işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyimizi təmin edib əhalini yerləşdirmək əsas işlərimizdən olmalıdır.
Partiya sədri veriliş boyunca gündəmi əhatə edən bir sıra məsələlərə mövqe bildirib, problemlərin həlli istiqamətində təkliflərini irəli sürüb.
Sözügedən verilişi izləyicilərə təqdim edirik: