Günel İbadova: “Erməni analar övladlarının işğalçı, terrorçu kimi ölməyini istəmirlərsə, oğullarını Qarabağa göndərməsinlər”

Xocalıda erməni meyitlərindən qisas tonqalı qalansın. Mən bunu görmək istəyirəm. Əgər erməni analar övladlarının yad torpaqda, işğal uğrunda terrorçu kimi ölməyini istəmirlərsə, oğullarını, geri səsləsinlər, Qarabağa göndərməsinlər. Əks təqdirdə on milyonluq xalqımız iki milyonluq erməniləri soysuz qoyacaq.

Bu sözləri Ümid Partiyasının Ali Məclisinin sədr müavini Günel İbadova yeddi gündür başlayan ikinci Qarabağ müharibəsi və geri aldığımız torpaqların xalqımızda yaratdığı xoş həyəcandan, hər kəsin bu yöndə sevinc dolu paylaşımlar etməsindən danışarkən deyib. Partiya funksioneri bildirib ki, Xocalıda qalaq-qalaq yığılmış erməni meyitlərindən qisas tonqalı yandırılmasını istəyir: 

“Xocalıda erməni meyitlərindən qisas tonqalı qalansın. Mən bunu görmək istəyirəm. Kimsə də məni vəhşilikdə qınamasın. Onların etdiyi vəhşilikdir, bizim edəcəyimiz isə vəhşiliyin cəzası. Biz torpaqlarımızı azad edəcəyik, buna qəti şübhəm yoxdur, amma ermənilərlə qonşu qalmaq o deməkdir ki, əsrlər sonra onlar bir də Qarabağ eşqinə düşə bilər. Biz onların torpağa göz dikmək, rusa söykənib torpaq oğurlamaq cinayətinə elə bir cəza verməliyik ki, əsrdən əsrə bu dəhşətləri balalarına nağıl etsinlər və bir daha heç bir erməni bizim topaqlara əl uzatmaq demirəm, gözünün ucuyla belə baxmağa cəsarət etməsin. O tonqalda yanan ermənilərin iyi gedib İrəvanda analarının burnuna çatanda anlasınlar ki, əgər balaları əzizdirsə, yanlarında saxlasınlar. Əgər erməni analar övladlarının yad torpaqda, işğal uğrunda, başqasının torpağında terrorçu kimi ölməyini istəmirlərsə, oğullarını geri səsləsinlər, Qarabağa göndərməsinlər. Sülh haqqında danışmaq üçün onlar bizim torpaqlardan çıxmalıdılar. Əks təqdirdə on milyonluq xalqımız iki milyonluq erməniləri soysuz qoyacaq”.

Fransa prezidentini savadsız adlandıran və vətən həsrətini gizlətməyə çalışmayan G.İbadova əlavə edib: “Atəşkəs tələbini irəli sürən dünya deyil, Avropa Birliyi ölkələridir – Fransa, Almaniya. Avropa İttifaqı bütövlükdə dünyada söz demək nüfuzunu xeyli vaxtdır itirib. İngiltərənin bu birliyi tərk etməyi isə Avropa ölkələrinin özündə belə bu İttifaqın heç bir söz sahibi olmadığını bütün dünyaya sübut etdi. Fransa prezidentinin savadsız və əsaslandırılmamış çıxışları dünyada sadəcə gülüş doğurur. Müharibənin dayandırılması ilə bağlı Amerikadan da nəsə yüngülvari etiraz oldu, amma onlar da bilir ki, biz haqq uğrunda, özümüzə aid topraqlar üçün savaşırıq. Odur ki, hazırda beynəlxalq aləmdə dövlətlərin nüfuzu, sərhəddi, aid olduqları qurum çox dəyişkəndir. Kimin sabah hansı birliyi yaradacağına proqnoz vermək çətindir. Düşünürəm ki, gecikmiş olsa da, müharibə çox bizim üçün uğurlu dövrdə başladı.”

Erməni ictimaiyyətində və eləcə də hərbçiləri arasında yaranmış çaşqınlıqdan danışan partiya təmsilçisi qeyd edib ki, 14 iyul yürüşündə hamı xalqın müharibə ruhunun, savaş əzminin şahidi oldu: 

“National Geographig-də çox sevdiyim bir video var. Yaralı şir uzanıb, çaqqallar ətrafında dövr edir, o isə gözünü yumub, tərpənmir. Çaqqallar hər dəfə yaxınlaşır, biri quyruğuna cırmaq atır, biri pəncəsinə, sonra yenə geri qaçırlar. Şirin tərpənmədiyinə, öldüyünə əmin olanda ona lap yaxın gəlirlər, bu zaman şir nərə çəkib onları elə qorxudur ki, çaqqallar arxalarına baxmadan yoxa çıxır. Ermənilər əvvəlcə Şuşada inaqurasiya keçirdi, sonra Kəlbəcərdə körpü tikməyə başladı, Qarabağda məskunlaşma siyasəti yeritməyə çalışdı, Tovuzu atəşə tutdu və bu beynəlxalq hüquq normalarını pozan cinayətkar əməllər cəmiyyətimizdə və təbii ki, hakimiyyətdə qəzəb doğuran, hərəkətə keçməyə vadar edən səbəblər oldu. Hakimiyyət də anladı ki, ermənilər danışıq adı ilə uzadılan bu atəşkəsin qaydalarına riayət etmirsə, artıq vaxtdır. Üstəlik, ölkədə hər kəs Qarabağı tələb edən 14 iyul yürüşündə xalqın müharibə ruhunun, savaş əzminin şahidi oldu. Çıxışlarında Qarabağ məsələsini daim gündəmdə saxlayan partiya sədrimiz İqbal Ağazadə başda olmaqla bütün siyasilər, ictimai xadimlər və blogerlər ölkə başçısından müharibə və qələbə gözlədiklərini dəfələrlə dilə gətirdilər. Bütün bu hadisələr müharibənin başlanmağı üçün təməl daşı oldu”.

G.İbadova onu da qeyd edib ki, biz Qarabağı almışıq:

“Biz Qarabağı artıq xilas etmişik. Çünki bütün reallıqların bönövrəsi xəyalda qurulur. Bilirsinizmi nə qədər adam xəyalında doğma kəndində evini tikir, bağını salır, bostanını becərir?! Bu xəyalların gerçəyə çevrilməsi an məsələsidir.”

Sonda, həm də bir Azərbaycan qadını, bir ana kimi şəhid analarına səslənən G.İbadova vurğulayıb ki, şəhidlərimiz tarixin şanlı səhifəsində daim yaşayacaqlar:

“Şəhid analarına demək istəyirəm ki, nə vaxtsa, hardasa, necəsə hamımız öləcəyik. Bizi şəxsən tanıyan son adam öləndə də dünyadan izimiz silinib gedəcək. Onların oğulları isə əbədi olaraq, Azərbaycan tarixinin şanlı səhifələrində yaşayacaq. Yüz il sonra da Azərbaycan dərsliklərində yeni doğulan nəsillər onları tanıyacaq və Qarabağı xilas edən şəhid qəhrəmanlar kimi  hər zaman xatırlayacaq və sevəcək. Hər birinə bədii, sənədli filmlər həsr ediləcək, tamaşalar oynanacaq, şeirlər, romanlar yazılacaq…

Oğullarınız əbədiyyət işığında ölməz olacaqlar, ANA XATUNLAR! Ona görə də üzülməyin, fəxr edin, balalarınızla qürur duyun!

Biz ordumuzdan BÜTÖV TORPAQ ərməğanı gözləyirik. Əsgərlərimizin yüksək əhvalı, əzmi, mərdliyi ilə fəxr edirik! Bu gün hamının ürəyi Qarabağla döyünür.

Cəbhədən qələbə xəbərlərinin ardı gəlir və zəfər çələngi – QARABAĞ AZƏRBAYCANINDIR – hamımızın qisməti olacaq… bunu bütün Azərbaycan bilir.”

Ümid Partiyasının Mətbuat Xidməti

 

 

Şərh yaz