Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Azərbaycana gəliblər

27-30 noyabr tarixlərində Ümid Partiyasının dəvəti ilə Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Azərbaycana gəliblər. Səfər çərçivəsində Təşkilat Komitəsinin iclaslarının keçirilməsi, Ümid Partiyası və Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalarla və Qeyri-Hökumət Təşkilatları ilə görüşlər nəzərdə tutulub. Nümayəndə heyətinin üzvləri İranda baş verən son hadisələrlə bağlı yerli media nümayəndələrinə müsahibə veriblər.

Xezerxeber.az-ın məlumatına görə, Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvü, molla rejiminin əlindən qaçıb Avropaya sığınan güneyli ziyalı Abdulla Əmir Haşimi Cavanşir deyib ki, təzyiqlərə baxmayaraq, güneyli soydaşlarımız azadlıq uğrunda mübarizələrini davam etdirəcəklər.

Prezident İlham Əliyevin İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməsi soydaşlarımızda əlavə ruh yüksəkliyi yaradıb.

Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan, 12 ildir sürgün həyatı yaşayan Elyar Türkər isə deyir ki, molla rejimi təkcə İranda yaşayan azərbaycanlılara qarşı zülm etməklə kifayətlənməyib, həm də Azərbaycanın daxili işlərinə qarışmağa da çalışır.

Güneyli soydaşımız qeyd edirlər ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra İranın Azərbaycanla bağlı planlara fiaskoya uğrayıb.

Qeyd edək ki, nümayəndə heyətinin səfəri noyabrın 30-na kimi davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Şərh yaz