Ümid Partiyasının sədr müavini Tamilla Qulami 7 iyun 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Blinkendən şok açıqlama: Rusiya Ukrayna taxılını oğurlayır. Rusiya ilə Türkiyə razılığa gəldi” mövzuları ətrafında baş tutub.
Tamilla Qulami Ermənistanda baş verən etiraz aksiyalarından, bunun Qarabağ probleminə təsirindən, Azərbaycan Ordusunun mövqelərinin davamlı olaraq atəşə tutulmasından danışıb. O, sülh müqaviləsi barədə də fikirlərini bildirib və şərtlərlə bağlı mövqeyini açıqlayıb.
Rusiya-Ukrayna müharibəsi, Rusiyanın beynəxlaq hüquqa zidd hərəkətləri, həmçinin Azərbaycanla bağlı olan bir çox iqtisadi problemlər də verilişdə müzakirə mövzusu olub.
Sözügedən efiri izləyicilərə təqdim edirik:
Şərh yaz