Ümid Partiyasının sədr müavini Elman Abbasov 14 aprel 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Cavanşir Feyziyev vəzifəsindən azad olunur. Prezidentlərin görüşü ilə bağlı razılıq oldumu?” sualları ətrafında baş tutub.
Elman Abbasov Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın ərzaq bazarında yaranacaq problemlərdən, idxaldan asılılıqdan, müharibənin ölkə iqtisadiyyatına hansı təsirləri olacağından danışıb.
Onun sözlərinə görə, problemlərdən qurtulmaq üçün sahibkarlara güzəştlər tətbiq edilməlidir.
Ümid rəsmisi ölkənin neftdən asılı olmayan iqtisadiyyata malik olması üçün Ümid Partiyasının müxtlif dövrlərdə verdiyi təklifləri də xatırladıb. O, qeyri-neft sektorunun inkişafı istiqamətində partiyasının və Ümid sədri İqbal Ağazadənin irəli sürdüyü təkliflərdən də danışıb.
Ölkədəki ölkədəki iqtisadi problemlər, taxıl qıtlığı təhlükəsi də verilişdə müzakirə mövzusu olub.
Elman Abbasov Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın işğalçılıq siyasətindən də danışıb və müharibə uzandıqca baş verəcək hadisələri təhlil edib. O, ölkələr arasında dialoqun mümkünlüyü, Ukraynaya verilən dəstəyin hansı həddə olması ilə bağlı sualları cavablandırıb, həmçinin müharibənin gedişatı barədə ehtimallarını da səsləndirib.
Ümid sədrinin müavini Qarabağda son həftələr baş verənlərdən də danışıb, Rusiyanın Qarabağdan, Cənubi Qafqazdan hansı halda əl çəkəcəyini açıqlayıb. Həmçinin o, Azərbaycanın antiterror əməliyyatı keçirmək üçün gözləməli olduğunu da vurğulayıb: “Hətta buna getmək olmaz, təxribatdır, biz gözləməliyik. Hələ biz bilmirik Ukrayna müharibəsi nə ilə nəticələnəcək. Biz bu müharibə getdiyi məqamda antiterror əməliyyatı keçirməməliyik. Putinin geri dönüşü yoxdur. Qarabağla bağlı gözləməliyik”.
Elman Abbasov Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel görüşündən sonra baş verəcəklərə də diqqət çəkib və ehtimallarını söyləyib.
Sözügedən efiri izləyicilərə təqdim edirik: