Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın sədri İqbal Ağa-zadə öz sosial şəbəkə hesabından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Təbriki izləyicilərə təqdim edirik:
Bu gün Azərbaycan polisinin peşə bayramı günüdür.
105 il öncə yaradılan bu xidmət sahəsi şərəfli yol keçib.
Cinayətkarlığa qarşı mübarizə ilə yanaşı, Azərbaycan polisi sərhədlərimizi qoruyub, düşmənlə döyüşərək, sıralarından yüzlərlə şəhid verib.
Təəssüflər olsun ki, idarəetmənin bütün sahələrində olduğu kimi, polis də bəzən vəzifəsindən kənar, həm də dəyərlərə və prinsiplərə uygun olmayan fəaliyyətlə məşğul olur.
Lakin çatışmazlıqlara baxmayaraq, polis asayiş keşikçisi, əsgər, döyüşçüdür.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə bayramı münasibətilə Daxili İşlər naziri və bütün polisləri təbrik edir, onlara şəxsi həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayırıq.
Qoy, polisimiz hər bir vətəndaşımızın güman və inam yeri olsun, qoy, polisimiz dəyənəklə deyil, vətəndaşlarımıza təbəssümlə baxsın, bizi həbs edən deyil, qoruyan olsun.
Peşə bayramınız mübarək!