İqbal Ağazadə: “Araik Arutyunyanın beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır”

Qondarma Dağlıq Qarabağ Respublikasının qondarma rəhbərliyinin məsuliyyətə cəlb edilməsi ilə bağlı görülən işlər bundan sonra da davam etdirilməlidir”.

Umidparty.org xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. Partiya sədri Baş Prokurorluqda bununla bağlı cinayət işinin açıldığına diqqət çəkib:

“Baş Prokurorluqda Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Arman Babacanyan haqqıdna cinayət işi açılıb və onlar beynəlxalq axtarışa verilib. Araik Arutyunyan Gəncə, Bərdə şəhərlərinin vurulmasının əmrinin ona məxsus olduğunu bildirib. Yəni Azərbaycan xalqına qarşı cinayətə yol verdiyini etiraf edib. Bu, beynəlxalq cinayətdir. Odur ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq lazımi addımlar atılmalı, bu şəxsin beynəlxalq məhkəmə qarşısına çıxarılması təmin edilməlidir.

Rus sülhməramlılarının Araik Arutyunyan görüşməsinə gəlincə, hesab edirəm ki, Bakı idarəetmənin uyğun formasını tapmalı, danışıq aparacaq subyektləri təyin etməlidir. Sülhməramlılar məhz Bakının təyin etdiyi şəxslə işləməlidir”

Seymur ƏLİYEV

Moderator.az

Şərh yaz