Ümid Partiyasının sədri İqbal Ağazadə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Fergus Ouldu təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli Fergus Ould!
Sizi Böyük Britaniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin olunmağınız münasibəti ilə təbrik edirəm.
Böyük Britaniya və Azərbaycan Respublikası arasındakı əməkdaşlığımız bir çox sahələrdə yüksək səviyyədə inkişaf edir. Bu əməkdaşlıq həm regionda, həm də regiondan kənarda böyük önəm daşıyır.
Hörmətli Səfir!
Hesab edirəm ki, bu əlaqələrimiz inkişaf etdirilməli, daha da möhkəmləndirilməlidir.
İnanıram ki, Sizin səfir olduğunuz dönəmdə də bütün sahələr üzrə iki ölkə arasındakı münasibətlər daha da inkişaf etdiriləcək.
Bir daha fəaliyyətinizdə Sizə uğurlar diləyirəm!
Hörmətlə,
İqbal Ağazadə
Ümid Partiyasının sədri