İqbal Ağazadə Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsddən danışdı: Vətəndaş bir məmura qarşı törədilmiş sui-qəsdə sevinirsə, bu, vətəndaşlarla məmur arasında yaranan ciddi uçurumdan xəbər verir. Çox ciddi, düşündürücü və faciəvi tendensiyadır. Bəzən hakimiyyət məmurları qürurla qeyd edirlər ki, Azərbaycanda müxalifət yoxdur, müxalifət olmayanda nəticə bu cür olur, bu cür qruplar, şəxslər, mövqelər ortaya çıxır. Siyasi institutlar olan yerdə belə terrorlar, belə qətllər, silahlı saldırılar olmur. Dövlət məmuru və vətəndaş münasibətlərinə sistem olaraq Azərbaycan hakimiyyəti yenidən baxmalıdır. Açıq cəmiyyətin yaradılması üçün ciddi addımlar atmalıdır, o cümlədən də siyasi institutların cəmiyyətdə yerinin möhkəmlənməsi üçün fərqli bir şəraitə keçid etməlidir. Sözdən, ritorikadan konkret addımlara keçməlidir…
Şərh yaz