İqbal Ağazadə LAFTV-ni təbrik etdi!

Bu gün 28 May Cümhuriyyət Günü olması ilə yanaşı həm də LAFTV İnternet Televiziyasının 1 yaşı tamam olur. Hələ 1 yaşını qeyd etməsinə baxmayaraq, hörmətli Ləman Ələşrəfqızı və hörmətli Afət Telmanqızının birgə layihəsi olan “LAF TV” çox qısa müddətdə Azərbaycanın internet efir məkanında xüsusi mövqeyə, xüsusi çəkiyə malik olmağı bacardı. Arzu edirəm ki, bundan sonra da bu kanal öz obyektivliyini qorusun, vətəndaşlar, izləyənlər, tamaşaçılar onların verdiyi informasiyalardan məmnun qalsınlar. LAFTV-nin bütün dövrlərdə verdiyi informasiyalar obyektivlikdən kənar olmasın.

Ən başlıcası arzu edirəm ki, o qədər uzunömürlü fəaliyyətləri olsun ki, internet televiziyası kimi yox, sputnikdən efirə çıxan və Azərbaycanın hər yerində yayımlanan televiziyaya çevrilsinlər.

Qoy, efirlərindən hər zaman Azərbaycanın sosial, siyasi, iqtisadi həyatı ilə bağlı xoş xəbərlərini, üçrəngli müqəddəs bayrağımızın hələ də nəzarətimizdə olmayan ərazilərimizdə dalğalandığı informasiyasını ilk verən televiziyalardan olsun.

Diləyirik ki, dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlının sevimli televiziyası olun, insanları siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etmədən uğurlar əldə edin və hər bir həmvətənimiz də sizin efirdə özünü tapa bilsin.

Bir daha təbrik edirəm, uzunömürlü olasınız!

Hörmətlə

Ümid Partiyasının sədri İqbal Ağazadə

Şərh yaz