İqbal Ağazadə: Lobbiçiliyi mühacirətə gedənlər, tələbələr etməli deyil

Bizim Amerika cəmiyyətinin, Amerika sosial institutlarının və Amerika hökumətlərinin, Konqresin, senatın bizim mövqedən, hətta haqlı mövqedən çıxış etməsini təmin etmək üçün düzgün lobbiçilik siyasəti qurmaq lazımdır. Lobbiçilik siyasəti “green card” udmuş, mühacirətə getmiş, tələbə olan adamlardan qurulmur.

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə LAF TV-nin canlı yayımında qonaq olarkən deyib.

Lobbiçilik fəaliyyəti Azərbaycanda işləyən şirkətlərdən qurulmalı idi. Azərbaycanda uzun müddət investisiya layihələri çərçivəsində işləyən şirkətlər var. Bu şirkətlərin hamısı ilə münasibətlər sistemi elə qurulmalı idi ki, onlar təbii lobbiçilərə çevrilməli idilər. Adlarını çəkib şirkətlər haqda danışmaq istəmirəm, amma az qala otuz ildir, Azərbaycanda işləyən şirkətlər var. O şirkətlər olduqları ölkələrdə nüfuz edə biləcəkləri dairələrdə Azərbaycan üçün nə etdilər?! – deyə partiya sədri fikrini davam edib.

İqbal Ağazadə həmçinin bildirib ki, hakimiyyətin bu istiqamətdə yanaşmaları doğru olmadı. Bu gün Azərbaycanda istisnasız halda bütün ölkələrin, Çindən tutmuş Amerikaya qədər, fəaliyyət göstərən şirkətləri var. Azərbaycanda xarici ticarət evləri, şirkətlərin birliyini təşkil edən mərkəzlər, dostluq qrupları, iş adamları istiqamətində birliklər var. Bu istiqamətdə o qədər faydalı işlər görmək mümkün idi ki. İndi də bunları etmək gec deyil, amma otuz il hədər getdi axı…

Verilişin sözügedən hissəsini təqdim edirik:

Şərh yaz