Ümid Partiyasının sədri İqbal Ağazadə Kanal13-ə müsahibə verib. O, bildirib ki, ölkənin ictimai-siyasi durumu panik vəziyyətdədir. Koronavirusla bağlı müxtəlif şaiələr gəzir. Qonşu ölkələrdən gələn xəbərlər insanları narahat etməyə başlayıb. Bizim belə bir təsəvvürümüz var ki, ölkədə virus yayılıb. Şişirdilmiş rəqəmlərlə xəbərlər paylaşılır.
Sonda partiya sədri qeyd edib ki, Azərbaycan hakimiyyəti ləng və gözləmə mövqeyi sərgiləyir. Koronavirus məsələsində maariflənməyə ehtiyac var.
Daha ətraflı təqdim etdiyimiz video-materialda izləyə bilərsiniz.
Şərh yaz