İqbal Ağazadə Pakistanın Müstəqilliyinin Elanı Günü münasibətilə Pakistan xalqını təbrik edib

Ümid Partiyasının sədri İqbal Ağazadə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeyə Pakistanın Müstəqilliyinin Elanı Günü münasibətilə təbrik edib.

Təbriki izləyicilərə təqdim edirik:

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeyə

Hörmətli Səfir,

14 avqust Pakistan Respublikasının müstəqilliyinin elan edilməsi münasibətilə Sizə və Sizin simanızda qardaş xalqımıza öz adımdan və rəhbərlik etdiyim Ümid Partiyası adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ortaq tarixi, dini, mədəni əlaqələr vardır. İki ölkə arasındakı bu dostluq münasibətləri qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. 

27 sentyabr – 10 noyabr 2020-ci il Ermənistan-Azərbaycan arasındakı 44 günlük savaşda ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistan qəti mövqe nümayiş etdirdi. Qardaş Pakistanın bizim haqq işimizdə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Bu gün də Azərbaycan və Pakistanın dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərinin inkişafı bizi sevindirir. 

Bu əlamətdar gündə Sizə cansağlığı, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə, 

İqbal Ağazadə

Ümid Partiyasının sədri 

14 avqust 2021

Şərh yaz