İqbal Ağazadə Polad Bülbüloğlunun çıxışını şərh etdi

Əgər səfir dost olmalıyıq deyirsə, demək bilir ki, münasibətlər dostluqdan çıxıb fərqli yerlərə gedir.

Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV-nin “Siyasi reaksiya” verilişinin qonağı olarkən deyib.

Partiya sədri qeyd edib ki, səfir bir neçə məqama üstüörtülü eyham vurub:

  1. Sizi bu ölkədən çıxaracaqlar və çörək qazanmaq yerləriniz bağlanacaq;

2. Rusiya qüdrətli və böyük dövlətdir, biz onunla dost olmalıyıq. Dost olsa deyərdi ki, bizimlə dostdur. Dost olmalıyıq deyirsə, səfir bilir ki, münasibətlər dostluqdan çıxıb fərqli yerlərə gedir. Ona görə də üstüörtülü qeyd edir ki, münasibətləri daha da gərginləşdirməyin və biz çalışaq münasibətləri düzəldək və yeni dostluq mərhələsinə qədəm qoyaq.

  1. Ermənilər silahlanacaq və sizə qarşı daha böyük işlər görə biləcək. Bu da həm Lavrovla Diasporla olan görüşündən sonra, həm də ümumən Ermənistana yönəlik siyasətində hansı prinsipləri üstün tutur, onlara yönəlik mesajlar idi.

Verilişin sözügedən hissəsini təqdim edirik:

Şərh yaz