Reaksiya TV milli kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, öz efir məkanında hər kəsə yer verən, hər kəsin səsini eşidən, bir sözlə, obyektivliyini hər zaman qoruyan bir internet televiziyasıdır.
Azərbaycan dövlətinin, dövlətçilik fəlsəfəsinin təbliğində, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində böyük rolu olan, işğalda olan torpaqlarımızın azad edilməsi yönündə daim öz töhfələrini verən, məmur özbaşınalıqları, ölkədəki problemlərin həllində təşəbbüskar olan Reaksiya TV hüququ tapdanan vətəndaşlarımızın sosial-iqtisadi çətinliklərinin işıqlandırılmasından heç bir zaman çəkinməyib.
Tezliklə təkcə internet televiziyası kimi yox, sputnikdən efirə çıxan və Azərbaycanın hər yerində yayımlanan televiziyaya çevrilmənizi diləyirik.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlunu və televiziyanın bütün kollektivini təbrik edir, fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayır.