Əziz soydaşlarımız!
Sizi dünya müsəlmanlarının birlik, bərabərlik və həmrəylik bayramı olan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.
Ulu Tanrıdan mübarək bayram günlərində etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzulayıram.
İslam sülh və barış dinidir. Xeyirxahlığın, Tanrı mərhəmətinin, bərabərliyin, paylaşmanın rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edir.
Ümid Partiyası olaraq, biz hər zaman cəmiyyətdə barışın, dialoqun, qarşılıqlı anlaşmanın tərəfdarıyıq. Hesab edirəm ki, əgər Azərbaycan cəmiyyətində iqtidar-müxalifət cəbhəsində barış siyasəti yürüdülərsə, ölkədə olan problemlərin həllində, cəmiyyətdə olan gərginliyin azalmasında əhəmiyyətli addım atıla bilər.
Dəyərli Soydaşlarımız!
Qurban bayramı Tanrıya inamın, sədaqətin, ibadətin, əhdə vəfanın və Uca Yaradan qarşısında sınaqdan çıxmanın ən gözəl nümunəsidir. Uca yaradan Həzrəti İbrahim kimi xalqımızı bütün sınaqlardan üzüağ, alnıaçıq çıxarsın!
Sizi bir daha Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban Bayramınız mübarək olsun!