İqbal Ağazadə: “Təzminat məsələsində Azərbaycan iddialı olmalıdır” 

Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV-də qonaq olub. Qarabağ bəyanatından danışan partiya sədri bildirib ki, 44 günlük vətən müharibəsinin qazancı çox oldu: “Ölkəmiz yeni bir mərhələyə çıxdı. 700 minə yaxın əhali öz yurduna qayıdacaq, yeni iqtisadi dövr başlayacaq, turizm və başqa sahələrdə də yeni pəncərə açılacaq. Demək olar ki, qaçqın və məcburi köçkün problemi bütövlükdə həll olunur. Xalqın, dövlətin özünə güvən hissi geri qayıdır. Fərqli bir azərbaycanlı obrazı yaranır. İqtidar və müxalifət münasibətləri dəyişdi. O cümlədən, Azərbaycan dünya və regionda yerini dəyişdi, maraqlarını qorumağa qadir olduğunu göstərdi. Müharibədən öncə biz düşündük ki, mütləq qələbə əldə edəcəyik. Amma elə İran sərhədini tam nəzarətə götürmək tam qələbə kimidir. Dövlət sərhəddi bütövlükdə təmin olunub. İtkilərimiz oldu, Allah şəhidlərimizə rəhmət eləsin”.

İ. Ağazadə qeyd edib ki, Ermənistan – Azərbaycan münaqişəsində ilk dəfədir ki, yaxşı bir vəziyyətə çıxmışıq: “Necə istifadə edəcəyimiz gələcəyimizdən asılıdır. Hamımız əl-ələ verib işləməliyik. Daha çox insanlar köçürülməlidir. Turist məkanları yaradılmalıdır. Xarici vətəndaşları turist kimi o torpaqlara cəlb etmək lazımdır. Kim istəsə, şərait yazılmalıdır və gedib o torpaqlarda işləməlidir”. 

Partiya sədri onu da qeyd edib ki, biz bu gün 1988-ci ildəkindən daha yaxşı vəziyyətdəyik. Bu gün bütün imkanlarımızı sərf etməliyik ki, o torpaqlarda məğlub ola biləcəyimiz bir element də ortaya çıxmasın. 

Köçürülmə ilə bağlı İ.Ağazadənin fikirləri belə olub: evləri salamat olanlar birinci hissə kimi, yenidən bərpa olunacaq evlərin insanları isə ikinci mərhələ köçürülməlidir. Biz qrafik müəyyən etməliyik. Mənim bu dediklərim ilkin fikirlərdir. Bütün bunlar dövlət səviyyəsində danışılmalı və müəyyən edilməlidir. 

Verilişin tam linki: 

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz