İqbal Ağazadə: “Tofiq Yaqubluya qarşı ədalətsizlik nümayiş etdirilir”

Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam edirilib. Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli) azadlıqdan məhrum edilməsini istəyib. Prokurorun bu istəyi cəmiyyətin bəlli bir hissəsi tərəfindən etirazla qarşılanıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bu məsələyə daha sərt münasibət bildirib: “Tofiq Yaqubluya qarşı məhkəmə-hüquq sistemi bir daha ədalətsizlik və haqsızlıq nümayiş etdirir.

Qaldırılan cinayət işi və keçirilən məhkəmə prosesi məzhəkədən o tərəfə keçmədi.
Bu cür utancverici proseslərin keçirilməsi bir daha nümayiş etdirir ki, iqtidar hüququn aliliyindən çox uzaqdır. Tofiq Yaqublu və digər siyasi məhbuslara azadlıq tələb edirik”.

Şərh yaz