İqbal Ağazadə Türk xalqıını Cümhuriyyət Günü münasibətilə təbrik edib

Ümid Partiyasının sədri İqbal Ağazadə Türk xalqıını Cümhuriyyət Günü münasibətilə təbrik edib. Təbriki izləyicilərə təqdim edirik:

29 oktyabr qardaş Türkiyə Cümhuriyyətinin tarixinə növbəti önəmli gün – Cümhuriyyət Günü olaraq qızıl hərflərlə yazılıb.

Türkiyə Ordusunun 30 avqust 1922-ci il zəfərindən bir il sonra vətən torpağında suverenliyin bərqərar edilməsinin bünövrəsi kimi 1923-cü ilin 28 oktyabrında “Efendiler, yarın Cümhuriyyeti ilan edecegiz” deyərək, 29 oktyabrda Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini rəsmən elan etdi.

Qürur və şərəflə xatırladaq ki, qəhrəman Türk Mehmetçiyi 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandıraraq, xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib.

Qardaş Türkiyə Cümhuriyyəti onillər keçməsinə baxmayaraq, 102 il sonra yenə də 2020-ci ilin 27 sentyabrında Vətən savaşında yanımızda oldu, dəstəyini Azərbaycandan əsirgəmədi.

1918-ci ildə xalqımızı davamlı faciədən, məhv olmaqdan xilas etmiş Nuru paşa simasında bütün Anadolu Türk Xalqına dərin təşəkkürümüzü bildirir və doğma yurdumuzda şəhid olmuş Türk Mehmetciklərinə Allahdan rəhmət diləyirik!

Qardaş Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanı və dəyərli Türk xalqını bu müqəddəs Zəfər Bayramı münasibətilə təbrik edir, dostluğumuzun, qardaşlığımızın daimi olmasını diləyirik!

Zəfərlərin bol olsun, Türkiyəmiz!

Sevgilərlə

İqbal Ağazadə

Şərh yaz