Ümid Partiyasının sədri İqbal Ağazadə Xristian İcmasının nümayəndələrini Pasxa bayramı münasibətilə təbrik edib.
Təbriki izləyicilərə təqdim edirik:
“Hörmətli xristian icmasının nümayəndələri!
Müqəddəs Pasxa bayramı münasibətilə sizləri təbrik edir, hər birinizə can sağlığı, uzun ömür diləyirəm.
Azərbaycan dinindən, dilindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər vətəndaşı ilə gözəldir, zəngindir. Azərbaycan polietnik ölkə olaraq, bəlkə də yeganə ölkədir ki, hər millət bir-birinə qarşı tolerantdır, hər kəs Azərbaycanı öz doğma vətəni bilir, sevir.
Ərazi bütövlüyümüzün qorunması, torpaqlarımızın işğaldan azad olunması yolunda qəhrəmancasına canından keçən xeyli sayda xristian, yəhudi dinlərindən olan həmvətənlərimiz var. Hər birinin ruhu qarşısında baş əyir, doğmalarına səbr diləyirik!
Sizlərlə birlikdə ölkəmizin rifahı, problemlərimizin həlli istiqamətində çalışacaq, demokratikləşmə yönündə Azərbaycana töhfələr verəcəyik.
Bir daha Müqəddəs Pasxa Bayramınızı təbrik edir, hər birinizə xoş illər, can sağlığı, dualarınızın gerçək olmasını arzulayıram.
Bayramınız mübarək!
Sevgilərlə İqbal Ağazadə”
#pasxa