Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti yeni sərəncam imzalayıb.
Qeyd edək ki, martın 28-də pandemiya şərtlərinə uyğun olaraq, partiya özünün növbəti V (VII) Qurultayını onlayn qaydada keçirib.
Sərəncama əsasən İsayev Anar Rafiq oğlu Ümid Partiyası sədrinin iqtisadiyyat məsələləri üzrə müavini, Hətəmov Səməd Əbdüləli oğlu Ümid Partiyası sədrinin humanitar məsələlər üzrə müavini, digər sərəncamla isə Maxsudov Mübariz Mustafa oğlu Ümid Partiyası sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd: İsayev Anar Rafiq oğlu (15 avqust 1976)
Xəzər Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültələrində təhsil alıb. Müxtəlif təşkilatlarda iqtisadçı, mühasib, baş mühasib vəzifələrində çalışıb. “Tikinti-Quraşdırma AzNY” MMC-nin əməkdaşıdır.
Siyasi fəaliyyətinə 2002-ci ildən Ümid Partiyasından başlayıb.
2009-cu ildə Ümid Partiyasının Ali Məclisinin katibi, 2013-cü ildə isə Ali Məclis Sədrinin I müavini seçilib, 2014-cü ildə Ümid Partiyasının Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə sədr müavini təyin olunub. Ümid Partiyası Rəyasət heyətinin üzvüdür.
2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 84 saylı Füzuli Seçki Dairəsindən, 1 noyabr 2015-ci il 81 saylı Beyləqan Seçki Dairəsindən, 9 fevral 2020-ci il növbədənkənar Parlament Seçkilərində 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Ümid Partiyasının namizədi olub.
Hətəmov Səməd Əbdüləli oğlu (17 yanvar 1963)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakultəsini FƏRQLƏNMƏ ilə bitirib.
Ağdam rayon Mədəniyyət Evində müdir, Ağdam rayon Həmkarlar Təşkilatında təlimatçı, Ağdam rayon İcra Hakimiyyətində “Humanitar şöbə”də məsləhətçi vəzifələrində çalışıb.
Azərbaycan televiziyalarının dublyaj redaksiyaları ilə sıx əməkdaşlıq edib, müxtəlif televiziyalarda saysız filmlərin səsləndirilməsində, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı sənədli filmlərin kadrarxası mətnlərinin səsləndirilməsində fəaliyyəti olub.
Azərbaycan Radiosunda 50 illik tarixi olan “Bulaq” verilişinin aparıcılarından biri kimi çalışır.
İctimai Radioda Azərbaycan və dünya ədəbiyyatından seçmə hekayələr səsləndirib. Səməd Hətəmovun fəaliyyəti mədəniyyət və incəsənətimizin inkişafına həsr olunub.
2005-ci ildən Ümid Partiyasının üzvüdür.
Ümid Partiyası sədrinin humanitar məsələlər üzrə müavini olub.
Maxsudov Mübariz Mustafa oğlu (24 dekabr 1979)
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Aqrokimya və torpaqşünaslıq” fakültəsində bakalavır, Azərbaycan İqtisad Universitetinin “Maliyyə” fakültəsində magistr təhsili alıb.
Ümid Partiyasında “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri, Ümid Partiyası sədrinin yerli özünüidarəetmə və seçkili orqanlarla iş üzrə müavini olub.