İqbal Ağazadə yeni sərəncamla özünə daha iki müavin təyin etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın Qurultayından sonra yeni sərəncamla özünə daha iki müavin təyin etdi

Sərəncama əsasən Abbasov Xanlar Nüsrət oğlu Ümid Partiyası sədrinin gənclərlə iş üzrə müavini, partiya sədrinin digər sərəncamı ilə Sadıqova İlahə Artur qızı Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, martın 28-də pandemiya şərtlərinə uyğun olaraq, partiya özünün növbəti V (VII) Qurultayını onlayn qaydada keçirib.

QEYD: Abbasov Xanlar Nüsrət oğlu (26 may 1983)

Azərbaycan Dövlət İqtisad Universiteti “Biznesin təşkili və idarəedilməsi” fakültəsini bitirib.

2002-ci ildən Ümid Partiyasının üzvü olaraq, siyasi fəaliyyətlə məşğuldur.

2009-2011-ci illərdə Ümid Partiyası Gənclər Təşkilatının sədri olub.

ATƏT-in, NDI-ın, IRI-ın, “Liderlik”, “Təşkilat quruculuğu”, “Gənc siyasi liderlər” akademiyalarının məzunu olub, müxtəlif ictimai-siyasi  təlimlərdə iştirak edib.

2011-ci ildə təsis edilmiş “Gənclərin Hüquqlarının müdafiəsi Komitəsi”nin həmtəsisçilərindəndir.

Dövri mətbuatda ictimai-siyasi yazıları dərc olunur.

9 Saylı Binəqədi İkinci Seçki Dairəsinin üzvü olub.

01 noyabr 2015-ci il parlament, 09 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizəd olub.

Sadıqova İlahə Artur qızı (26 avqust 1986-cı il)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin “Kulturoloq” ixtisası üzrə bakalavr təhsil pilləsini,  “Azərbaycan tarixi filmlərinin kulturoloji təhlili (1960-80-cı illər)” adlı magistr dissertasiyasını müdafiə edərək, magistr təhsil pilləsini FƏRQLƏNMƏ ilə bitirib. Hal-hazırda ADMİU-nun “Kulturologiya və onun ümumi məsələləri” ixtisası çərçivəsində fəlsəfə doktoru proqramı üzrə təhsilini davam etdirir və  “Müstəqil Azərbaycanda ailə-nikah münasibətlərinin sosial-kulturoloji aspektləri” adlı dissertasiya mövzusu üzərində tədqiqat işi aparır. 30-dan çox elmi məqaləsi müxtəlif  respublika və beynəlxalq elmi-nəzəri nəşrlərdə dərc olunub.

2008-2017-ci illərdə  Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi və pedaqoji fəaliyyət göstərib.

“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının üzvüdür.

Bir  çox respublika və beynəlxalq əhəmiyyətli elmi-nəzəri konfranslar, ictimai-siyasi tədbirlərdə iştirak edib, beynəlxalq və respublika dərəcəli diplomlar və sertifikatlarla təltif olunub.

Dövri mətbuatda ictimai-siyasi mövzuda yazıları dərc olunur.

Niderland Krallığı Xarici İşlər Nazirliyinin dəstəyi ilə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) Azərbaycan Cümhuriyyətinin 100 illiyinə və Azərbaycanda qadınların səsvermə hüququnun 100-cü ildönümünə həsr olunan “Azərbaycan qadınları: 100 illik yol” adlı proqram çərçivəsində “Gənc Qadın Siyasətçilər üçün Öyrənmə Proqramı”, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qadınlar  Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi və Empowered lives. Resilient nations “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi

Gender Əsaslı Bələdiyyə Akademiyası, “Logos” Psixoloji İnkişaf Mərkəzinin Diplomatik Akademiya, Ali Təhsil müəssisələrinin kredit sistemi ilə tədrisin təşkilini təmin etmək məqsədilə keçirilən “Tyutor layihəsi” kursları, “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” tədris proqramları üzrə təhsil kurslarının məzunudur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNESKO-nun birgə “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” adlı layihəsinin,  “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı ilə Avropanın Gənclər Paytaxtı Gənə şəhərində həyata keçirdiyi “Gələcək vəd edən həqiqətlər:multikulturalizm və gənclik” layihəsinin, KARİTAS (CARİTAS – College of Social Work Olomouc) kollecinin dəstəyi ilə həyata keçirilən “Sosial siyasət və sosial tədqiqatlar” adlı seminarların iştirakçısı olub və diplomlara layiq görülüb.

2017-ci ilin dekabr ayının 21-də Ümid Partiyası İcra Aparatının ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə şöbəsinin müdiri təyin olunub, Ali Məclisin üzvü seçilib, 2018-ci il 24 dekabrda Ümid Partiyasının ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə vəzifəsinə təyin olunub.

2019-cu il 23 dekabr bələdiyyə seçkilərində, 2020-ci il 09 fevral növbədənkənar parlament seçkilərində 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub.

 

Şərh yaz