İQBAL AĞAZADƏ Amerika səfirinə ABŞ-nin Müstəqillik Günü ilə bağlı təbrik yolladı

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ABŞ-nin Müstəqillik Günü ilə bağlı Amerikanın Azərbaycandakı səfiri Mark Libbiyə təbrik məktubu ünvanlayıb.

Təbriki izləyicilərə təqdim edirik:

Hörmətli cənab səfir Mark Libbi!

Sizi və başda hörmətli cənab Prezident Cozef Robinette Bayden və Amerika xalqı olmaqla, Amerikanın müstəqilliyinin 248-ci il dönümü münasibəti ilə təbrik edirəm!

Cənab səfir!

İnanıram ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı dostluq və tərəfdaşlıq münasibətləri dövlətlərimizin və xalqlarımızın xeyrinə uğurla davam edəcəkdir.

Cənab səfir, sizi və cənab Prezident Cozef Bayden başda olmaqla, Amerika xalqını ölkənin müstəqilliyinin 248-ci ildönümü münasibəti ilə təbrik edir, Azərbaycan Ümid Partiyası və öz adımdan tərəfdaşlığımızın davam etdirilməsində və inkişafında maraqlı olduğumuzu vurğulamaq istərdim.

Hörmətlə,

İqbal Ağa-zadə

Azərbaycan Ümid Partiyasının sədri 

Şərh yaz