Ümid Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Bakir Həsənbəyli 26 may 2021-ci il Əli Oğuzun təqdimatında Oğuz TV-də canlı efir qonağı olub.
Ümid partiyası sədrinin müavini İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərifin region səfərini şərh edərkən bildirib ki, Azərbaycan yeni statusda dünya üçün cəlbedici görünür. Məhz bu amil ölkəyə diplomatik trafikin daha da sıxlaşmasına səbəb olub. Belə ki, hətta Vətən müharibəsində fərqli və ya qərəzli mövqe sərgiləyənlər bu gün qalib Azərbaycanla əlaqələr qurmağa can atırlar.
Partiya sədrinin müavini daha sonra əlavə edib ki, İran dövləti də tarixən Azərbaycana münasibətdə qərəzli, birtərəfli mövqeyini nümayiş etdirib. Azərbaycan öz mövqeyini davamlı müdafiə etməli və qələbəsini təmin edən birliyi qorumalıdır.
Sözügedən verilişin linkini izləyicilərə təqdim edirik: