Jurnalist fəaliyyətinin məhdudlaşdırılması qanuna ziddir – Ümid Partiyası sədrinin müavini

Elman Abbasov
Elman Abbasov

Ümid Partiyası sədrinin Mətbuat və İnformasiya üzrə müavini Elman Abbasov Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına münasibət bildirib.

Partiya sədrinin müavini umidparty.org-a bildirib ki:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın 19 iyul qərarında jurnalistlərin 21 iyun – 5 iyul tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonununda sərbəst hərəkətinə qadağa qoyulub. Jurnalistlər işə getmək üçün icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər.

Ümid Partiyası Operativ Qərargahın jurnalistlərin fəaliyyətini məhdudlaşdıran qərarının qanuna zidd olduğunu vurğulayır və bildirir ki, jurnalistlərin sərbəst hərəkəti, fəaliyyəti, söz və mətbuat azadlığı üçün heç bir məhdudiyyət qoyulmamalıdır.

Verilən qərar həm “Kütləvi İnformasiya Vasitələri Haqqında Qanun”a, həm də Konstitusiyaya maddələrinə ziddir. Jurnalistin öz peşə fəaliyyətini icazə ilə həyata keçirməsi Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən, yalnız fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub.

Partiya hesab edir ki, jurnalistlər öz peşə fəaliyyətini vəsiqə ilə yerinə yetirməli, onların peşə fəaliyyətinə heç bir məhdudiyyət olmamalıdır.” 

 

 

Şərh yaz