Müsahibimiz Ümid partiyası Ali Məclisin üzvü, Qusar rayon şöbəsinin sədri Kəbir Rzayevdir.
Kəbir Razayev 04.11.1959-cu ildə Qusar rayonun Həsənqala kəndində anadan olub. 1977-ci ildə riyaziyyat təmayüllü məktəbi, 1994-cü ildə Maxaçqala şəhərində San- Marino Beynəlxalq universitetinin hüquq fakultəsini bitirib.
2018-ci ildən Ümid Partiyasının üzvü dür. Hal-hazırda Qusar rayon şöbəsinin sədridir.
Kəbir bəy Qusar rayon şöbəsi aktiv şöbələrdəndir. Bu gün Qusarda vəziyyət necədir?
Qusarda vəziyyət olduqca ağırdır. Rayonda əhalinin təxminən 80%-i işsizdir. Rayonun icra hakimiyyəti demək olar ki, insanlarla işləmir. Təbii olaraq insanların da münasibəti bu quruma olduqca pisdir. Bu qurumdan hətta qazilərə qarşı kifayət qədər anormal münasibət var. Rayon xəstəxanasında və digər rəsmi dövlət qurumlarındakı qrupbazlıq normal idarəçiliyə ciddi təsir göstərir. İnsanlar bələdiyyə və yerli icra hakimiyyətlərindən ciddi narazılıqları var. Elektrik, qaz, su təminatı kifayət qədər problemlidir. Bir çox yerlərə elektrik xətləri 1963-cü ildə çəkilib. Təhsil şöbəsi 130 illik köhnə binada yerləşir. Təhsildəki rüşvətlə bağlı ciddi araşdırmalarımız oldu. Belə faktın olmasını təsdiq etdirə bildik. Aradan qaldırılması üçün müraciətlər də etdik. Partiya quruculuğu ilə bağlı ciddi işlər aparırıq.
Pandemiya rayon əhalisinə yəqin ki, təsirsiz qalmadı?
Pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da vəziyyəti gərginləşdirdi. İnsanların sosial rifah halı müəyyən edilən qaydalara uyğun məhdudlaşdırmaların fonunda çox pisləşdi. Yuxarıda qeyd etdim kimi onsuzda Insanların böyük əksəriyyəti işsizdir. Bütün bunları yerli icra hakimiyyəti yaxşı bilir. Lakin hər hansı asanlaşdırıcı tədbir görülmür. Hətta insanlar üçün nəzərdə tutlan 190 manat belə verilmədi. Vətən müharibəsi ölkənin və vətəndaşın həyatında ciddi dönüş oldu.
Qusar əhalisinin müharibə dövründə cəbhəyə, əsgərə münasibətini necə xarakterizə edərdiniz?
Vətən müharibəsində insanların istər əsgərə, Istərsə də döyüşə münasibəti müqayisəedilməz dərəcədə yaxşı oldu. Hamının, hər kəsin ürəyi Qarabağla döyünürdü. Onu da qeyd edim ki, Qusar ümidçilərindən də müharibədə iştirak edənlər oldu. Mən onlarla fəxr edirəm.
Təəssüf ki, qələbə itkisiz də olmadı.
Azərbaycan xalqı Vətən müharibəsində dünyaya nümunə olacaq xalq kimi özünü tanıtdı. Çox təəssüf ki, 36 igid övladımız şəhid oldu. Bu gün hər birimizin borcudur ki, onların övladlarına, ailələrinə qayğı göstərək. Lakin rayonda, şəhid vermiş bir çox kəndlərdə, o cümlədən Köhnəxudat kəndində şəhidin adını əbədiləşdirmək məsələsində ciddi problemlər yaşandı. Nə qədər qəribə də olsa bunu etməyə borclu olanlar əksinə problemlər yaradırlar. Ümumiyyətlə Qusarda şəhid və qazi ailələrinə münasibət ürəkaçan deyil.
Partiya quruculuğu ilə bağlı vəziyyət necədir?
Pandemiya sosial-iqtisadi vəziyyətlə bağlı siyasətə də təsirsiz qalmadı. Məcburuq müəyyən edilmiş qaydalara uyğun formada fəaliyyət göstərək. Lakin partiyanın və liderimiz İqbal Ağazadənin apardığı yüksək siyasi fəaliyyət nəticəsində Qusarda partiya quruculuğu uğurla davam edir. Kifayət qədər üzvlüklə bağlı müraciətlərimiz var.