Məmur iqtidarın gözündən düşdüyü zaman həbs edilir, xalqa xidmət etmədiyi zaman deyil – TAMİLLA QULAMİ

Ümid Partiyası sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavini Tamilla Qulami LAF TV-nin canlı efirində Ləman Ələşrəfqızının ölkədəki mövcud vəziyyət, məmur özbaşınalığı, son günlərdəki həbslər, Tərtər rayonunda baş verənlərlə bağlı mətbuatda gedən yazılar, şəhid ailələrinə və qazilərimizə bəzi məmurlar tərəfindən göstərilən biganə münasibət, Ümid Partiyasının hadisələrə münasibəti, problemlərdən çıxış yolları və s. ilə bağlı suallarını cavablandırıb.

Sədr müavini Tamilla Qulami deyib ki, baş verənlərin hamısı bu hakimiyyətin yürütdüyü yarıtmaz siyasətinin, bu rejimin sisteminin günahıdır.

Uzun illərdir ki, Ümid Partiyası problemlərin köklü həllini idarəetmə sisteminin dəyişikliyində görür. Vəzifəyə təyin olunan məmurlar, nazirlər xalqa, dövlətə xidmət üçün deyil, şəxsi münasibətlər əsasında təyin olunur. Bu münasibətlər sistemi pozulduqda isə onların vurulması, həbs olunması baş verir. Şəffaflıq olmalıdır. Xüsusilə sərhəd rayonlarında vəziyyət daha bərbaddır. Rayonlara quruculuq-abadlıq, sosial müdafiə üçün nə qədər vəsaitin ayrılması, haraya xərclənməsi ilə bağlı xalqa açıqlama verilmir, şəffaflıq yoxdur. Nəzarət yoxdur. Təftiş, nəzarət komissiyaları yaradılmalı və orada müxalifətin, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunmalıdır ki, şəffaflığa nəzarət edilsin. Ölkədə vəziyyət günü-gündən ağırlaşır.
Hakimiyyət bacarmırsa, ya istefa versin, ya da məsuliyyəti, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə bölüşməlidir. Şəffaf, saxtakarlığa yol verilmədən parlament seçkisi keçirilməli, xalqın etimad göstərdiyi namizədlərin parlamentə düşməsini təmin etməlidir. Təmin etməlidir ki, məsuliyyətini parlamentlə bölüşə bilsin.

Tamilla Qulami Sevinc Osmanqızının seçkilərlə bağlı son açıqlaması ilə bağlı suala cavab verərkən qeyd edib ki, biz Ümid Partiyası olaraq, illərdir hər zaman seçkilərdə iştirakla bağlı çağırış edirik. Nəhayət artıq bunu bir çoxları dilə gətirir. Artıq bəzi siyasilər, media nümayəndələri illərdir, bizim dediyimizi etiraf etməsələr də, dediklərimizi qəbul edirlər.

Verilişi oxuculara təqdim edirik:

Serj Sarkisyandan Ağdamla bağlı açıqlama – Tamilla Qulami ilə müzakirə

 

 

 

Şərh yaz