Ümid Partiyası sədrinin müavini Tamilla Qulami 13 may 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Tamilla Qulamidən Musa Quliyevə canlı yayımda sərt reaksiya” başlığı ilə yayımlanıb və əsasən deputat M.Quliyevin hərbçilərin məvaciblərinin azaldılması istiqamətində verdiyi təklif ətrafında baş tutub. Ümid sədrinin müavini evrilişdə ölkədəki çoxsaylı problemlərə də toxunub və onların həlli istiqamətində Ümid Partiyasının verdiyi təklifləri xatırladıb.
Milli Məclisdə Şuşanın adından istifadəyə qadağa qoyulması ilə bağlı qanunun qəbulu da verilişdə müzakirə mövzusu olub. Tamilla Qulami bu qanunun qəbuluna etiraz edib.
Qarabağ bölgəsində baş verənlər, erməni separatçılarının təxribatları, Azərbaycan hökumətinin ortaya mövqe qoymaması, eyni zamanda, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti və təxribatları da verilişdə müzakirə mövzusu olub.
Tamilla Qulami ölkədəki çoxsaylı sosial problemlərdən, ərzaq problemlərindən, hökumətin bu problemlərdən çıxmaq üçün zıruri addımlar atmamasından da danşıb.
İqtidar-müxalfət dialoqu, Konstitusiya dəyişikliklərinin vacibliyi, Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi əlavə və dəyişikliklər də verilişdə müzakirəyə çıxarılıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: