Ümid Partiyasının sədr müavini Tamilla Qulami 11 fevral 2022-ci il Sevinc Vaqifqızının təqdimatında APA Tv-də “Sosium” verilişində deputat Aydın Hüseynov, ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli ilə birgə canlı efir debatında qonaq olub.
Veriliş “SOCAR-dan AMEA-ya: ölkədə hansı proseslər gedir?” mövzusu ətrafında baş tutub.
Partiya sədrinin müavini icra başçılarının yerdəyişməsindən, sistemin problemli olmasından və dəyişməməsindən, icra hakimiyyətlərinin hesabatlı olmamasından, ölkədəki sosial narazılıqlardan danışıb. O, həmçinin hakimiyyətin səlahiyyət və məsuliyyət bölgüsünün olmamasından, yerli idarəetmə orqanlarının gücləndirilməsinin vacibliyindən danışıb. Verilişdə AMEA-nın rəhbəri Ramiz Mehdiyevin ətrafında baş verənlərdən, istefa tələbindən, AMEA adından yayılan bəyanatdan, Rövnəq Abdullayevin SOCAR prezidentliyindən azad edilməsindən, UNESCO-nun ölkəmizə qarşı ikili standartlı münasibətindən danışılıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: