Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli 21 fevral 2022-ci il tarixdə jurnalist Əvəz Zeynallının təqdimatında Xural Tv-də canlı efir qonağı olub.
Veriliş “İşğal altında olan torpaqlara getmək olmazmı?” mövzusu ətrafında baş tutub.
Ümid sədrinin müavini köçkünlərimizin işğaldan azad edilmiş ərazilərə köçürülməməsindən, məskunlaşmanın getməməsindən, azad olunmuş torpaqlarımızı görmək üçün getməyə çalışan insanlara yaradılan maneələrdən və həbsdən danışıb.
O, bu günlərdə sürücülərin keçirdiyi etiraz aksiyasından, onların həbsindən və üzr videosundan da danışıb.
Verilişdə Qarabağ problemindən, Qarabağ ətrafında baş verən proseslərdən, rus sülhməramlılarının fəaliyyətindən də danışılıb, həmçinin partiyanın Qarabağ probleminin çözülməsi istiqamətindəki təklifləri səsləndirilib.
Sözügedən efiri izləyicilərə təqdim edirik:
https://www.youtube.com/watch?v=SDX4O_9bXgM
Şərh yaz