Müzadil Hüseynəliyev Ümid Partiyasının Belarus Respublikasında səlahiyyətli nümayəndəsi təyin olunub

Xaricdə yaşayan xeyli sayda sadə Azərbaycan vətəndaşları ilə yanaşı bir çox biznes adamları və ictimai-siyasi fəallar da Ümid Partiyasının sıralarında addımlayır.

Ölkə xaricində məskunlaşan vətəndaşlarımızın Ümid Partiyasına olan siyasi marağı nəzərə alınaraq, həmin ölkələrdə partiyanın səlahiyyətli nümayəndəliyinin təsis olunması haqqında partiyanın Rəyasət Heyəti qərar qəbul edib. Qəbul olunmuş qərarın icrası isə Ümid Partiyasının İcra Aparatının rəhbərinə həvalə edilib.

Qeyd edək ki, bugünlərdə Belarus Respublikasında yaşayan tanınmış ictimai-siyasi xadim, ixtisasca həkim olan, illərdir Azərbaycanın bütövləşməsi, demokratikləşməsi uğrunda mübarizə aparan Müzadil Hüseynəliyev də bəyanat verərək, Ümid Partiyasının sıralarına qoşulub.

Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyevin sərəncamı ilə siyasi təcrübəsi və təşkilatçılıq bacarığı nəzərə alınaraq, Müzadil Hüseynəliyev Ümid Partiyasının Belarus Respublikasındakı səlahiyyətli nümayəndəsi təyin olunub.

Şərh yaz