Ölkənin yeni mərhələyə adlaması üçün Konstitusiya islahatlarına ehtiyac var – TALEH ƏLİYEV

Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev 17 may 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.

Veriliş “Azərbaycan Böyük Britaniyanın səhvini etiraf etməyə çağırdı” mövzusu ətrafında baş tutub.

Taleh Əliyev üç aya yaxın davam edən Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın Ukraynadakı təcavüzkarlıq siyasətindən, Rusiyada gözlənilən partizan hərəkatından, bu ölkənin çökdürülməsi planından danışıb.

O, Ukraynaya dünya tərəfindən verilən yardımdan, bu yardımların nə dərəcədə kömək olduğundan, müharibənin nə qədər davam edəcəyindən, müharibənin və Rusiyanın sonununun necə olacağından da söz açıb, bu istiqamətdə fikirlərini bölüşüb. Müharibədə insan tələfatı, Rusiyanın itkisi və digər məsələlər də verilişdə müzakirə edilib.

Taleh Əliyev Ermənistandakı aksiyalara dsa toxunub və aksiyaların gedişi barədə proqnozlarını bölüşüb. Eyni zamanda, bu aksiyaların Qarabağla bağlı gözlənilən sülh müqaviləsinə təsiri də müzakirəyə çıxarılıb.

Ümid rəsmisi Qarabağda baş verənlərə, erməni separatçılarının və rus ordusunun təxribat cəhdlərinə, Rusiyanın bölgədən çıxmamaq üçün etdiyi cəhdlərə də münasibət bildirib. O, sülh müqaviləsi istiqmaətində fikirlərini də bölüşüb.

Ölkədəki çoxsaylı problemlər, siyasi problemlər də müzakirə edilib. Taleh Əliyev Konstitusiya islahatlarının vacibliyini də diqqətə çatdırıb. Həmçinin hakimiyyətin siyasi islahatlara getməsinin vacib olduğuna diqqət çəkib.

14 mayda Bakıda keçirilən etiraz aksiyasına da münasibət bildirən Taleh Əliyev, etirazın vətəndaşların Konstitusiya ilə göstərilmiş hüququ olduğunu bildirib. O, Britaniya səfirliyinin etiraz bəyanatına münasibət bildirib, səfirliyin Bakıdakı aksiyada zorakılıq olması barədə dediklərinin DİN tərəfindən təkzib edilməsinin normal olmadığını qeyd edib. Onun fikrincə, bu kimi məsələlərə DİN deyil, XİN etiraz etməlidir. Bununla belə, o, aksiya zamanı vətəndaşlara qarşı zorakılığın qəbuledilməz olduğunu vurğulayıb.

VİP sədri Əli Əliyevin həbsi ilə bağlı danışan Taleh Əliyev onun əbs müddətinin uzadılacağı barədə fikirlərə də münasibət bildirib.

Sözügedən efiri izləyicilıərə təqdim edirik:

Şərh yaz