Post-Putin dönəminə hazır olmalıyıq, islahatlar aparılmalıdır – İQBAL AĞAZADƏ

Ümid Partiyası İqbal Ağazadə 10 may 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Rusiya: Tamam, yoxsa davam?!” sualı ətrafında baş tutub.

İqbal Ağazadə Rusiyanın 9 may paradından, Rusiya-Ukrayna müharibəsdindən, bu müharibədən gözləntilərdən danışıb. Onun sözlərinə görə, Putin faşizmi ilə Hitler faşizmi arasında fərq yoxdur. O, qeyd edib ki, Ukraynada baş verənlər, Rusiyanın təcavüzkarlıq siyasəti 9 may- faşizm üzərində qələbə gününün əhəmiyyətini sıfıra endirib.

İqbal Ağazadə rus faşizmini Azərbaycanın on illər boyu üzləşdiyi erməni faşizimi ilə də müqayisə edib və paralellər aparıb.

Ümid sədri Ukraynada iki aydan artıq davam edən müharibədən, Rusiyanın işğalçılıq siyasətindən, dağıdılmış şəhərlərdən, həmçinin müharibənin nəticələri ilə bağlı gözləntilərdən də söz açıb.

Azərbaycanla bağlı problemlərə toxunan İqbal Ağazadə, Qarabağda baş verənlərdən, erməni və rus sülhməramlılarının təxribatlarından, eyni zamanda, Ermənistanda baş verən etirazlardan, bunun Azərbaycana təsirlərindən də danışıb. İşğaldan azad olunmamış ərazilərimizlə bağlı yaranan problemlərə toxunan Ümid sədri, hökumətin atmalı olduğu addımlara da diqqət çəkib.

Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi əlavə və dəyişikliklər verilişdə müzakirə mövzusu olub.

Dövlət dili məsələsinə toxunan İqbal Ağazadə rusdilli məktəblərin ləğv edilməli olduğunu vurğulayıb, bu istiqamətdə təkliflərini səsləndirib. O, ümumilikdə ölkədə təhsilin səviyyəsindən, təhsil sahəsindəki çoxsaylı problemlərdən, bəzi ölkələrin universitetlərinin diplomlarının Azərbaycanda tanınmamasından və bunun yatardığı əlavə problemlərdən də söz açıb, bu istiqamətdə təkliflərini verib. İqbal Ağazadə ölkədə islahatların keçirilməsinin vacibliyini də vurğulayb, vacib olan islahatları sadalayıb və post-Putin dövrünə hazır olmağın əhəmiyyətini açıqlayıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz