Putin hakimiyyətdən getməlidir, bunun üç yolu var- İQBAL AĞAZADƏ

Ümid Partiyası sədri İqbal Ağazadə 7 mart 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.

Veriliş “Kadırovdan Zelenskiyə çağırış: “Putindən sığınacaq istə””,- başlığı ilə, Rusiya-Ukrayna müharibəsi mövzusu ətrafında baş tutub.

İqbal Ağazadə Rusiyanın Ukraynada başlatdığı müharibədən, işğalçılıq siyasətindən, dünyada hüquq və maraqların toqquşmasından, müharibənin gedişatından və gözləntilərdən danışıb.

Ümid sədri müharibənin başlanma və uzun müddət davam etmə səbəblərindən, dünyanın Putini durdura bilməməsindən, NATO-nun müharibəyə getməməsinin səbəblərindən və gözlənilən nəticələrindən də söz açıb.

Verilişdə müharibənin Putin üçün gözlənilməz nəticələrindən, Rusiyanın hazırlıqsız hücumundan, post-sovet ölkələrini gözləyən təhlükədən, Rusiyanın və rus xalqının iqtisadi durumunun əslində ağır olmasından, yaşayış şəraitinin ağırlığından da danışılıb.

Həmçinin, Rusiyanın parçalanma ehtimalları, millətçi və nasist siyasətin törədəcəyi təhlükələr, Rusiyaya qarşı aparılan sanksiyalar, dünyanın Rusiya ilə müharibə etmək istəməməsi, fərqli maraqlar da müzakirəyə çıxarılıb.

İqbal Ağazadə Rusiyada Putinə və işğala qarşı keçirilən aksiyalardan, çevriliş ehtimallarından, Putinin hakimiyyətdən getməsinin vacibliyindən də danışıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz