Ümid Partiyasının siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli 24 may 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “İlin sonunadək Ukrayna Krıma girəcək. Kəşfiyyat rəisi danışdı” mövzusu ətrafında olub.
Bakir Həsənbəyli üç aya yaxın davam edən Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın təcavüzkarlıq siyasətinin Ukrayna və dünya üçün törətdiyi fəsadlardan, itkilərdən, Putinin törətdiyi müharibə cinayətlərindən danışıb.
Rusiyanın müharibəni davam etdirmək planları, dünyanın Ukraynaya dəstəyinin nə dərədəcə effektli olması, Rusiyaya qarşı həyata keçirilən sanksiyalar paketi də verilişdə müzakirə mövzusu olub.
Bakir Həsənbəyli bu müharibənin dünya iqtisadiyyatına təsirlərindən və danışıb. O, həmçinin müharibənin davam edəcəyi halda, payıza doğru Rusiyada sosial partlayışların olacağını istisna etməyib.
Sözügedən efiri izləyicilərə təqdim edirik: