Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami 18 fevral 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Etiraz edən vətəndaş niyə həbs olunmalıdır?” mövzusu ətrafında baş tutub.
Partiya sədrinin müavini ölkədə etiraz edən insanların həbsindən və bunun səbəblərindən, sürücülərin şikayətlərinə məhəl qoyulmaması səbəbindən yolu bağlayaraq, etiraz etmələrindən, sonra onların həbs edilərək, üzr videolarının çəkilməsindən danışıb. Onun sözlərinə görə, insanların səsini çıxarmaması üçün bu cür presedent yaradılır, etiraz edənlər həbs edilərək üzrə məcbur edilir və bu da ictimaiyyətə məqsədli şəkildə göstərilir.
Tamilla Qulami bu cür susdurulmaların ölkədə sosial partlayış yaradacağından da danışıb.
Ümid sədrinin müavini həmçinin ölkədə demokratik mühitin formalaşması şərtlərindən, repressiyadan, insanların sosial durumunun ağır olmasından, hakimiyyətin apardığı həbslərdən, dövlət büdcəsindən talamalardan da söz açıb.
Partiya sədrinin müavini haqqında söhbət gedən növbədənkənar seçkilərdən danışıb, ölkədə seçkilərin demokratik keçirilməməsinin səbəblərindən, səslərin qorunmasının vaciblyindən, bunun şərtlərindən bəhs edib.
Verilişdə eyni zamanda, vətəndaşların işğaldan azad olunmuş torpaqlara gedə bilməməsindən, hakimiyyətin bu istiqamətdə yaratdığı maneələrdən, həmin ərazilərə giriş qapılarının vətəndaşlarımızın üzünə bağlanmasından da danışılıb.
Həmin ərazilərdə minatəmizləmə işlərinin, həmçinin sakinlərin köçürülməsinin ləng getməsi, hökümətin bunda həvəsli olmaması da verilişdə müzakirə mövzusu olub.
Sözügedən efiri izləyicilərə təqdim edirik: