Qazilərə qarşı etinasız olanlar bu xalqın övladları deyil – ELMAN ABBASOV

Ümid Partiyasının sədr müavini Elman Abbasov 13 iyun 2022-ci ildə Xural Tv-də canlı efir qonağı olub.

Veriliş “Qarabağda təxribat aparan kimlərdir?” sualı və mövzusu ətrafında baş tutub.
Elman Abbasov Rusiyanın Qarabağ siyasətindən, törətdiyi təxribatlardan, gözlənilən sülh müqaviləsini əngəlləmək üçün atdığı addımlardan danışıb.

O, həmçinin Ermənistandakı aksiyalar, bu aksiyaların Qarabağ məsələsinə və süh müqaviləsinə təsiri istiqamətində də fikirlərini bölüşüb.

Qarabağda abadlıq, quruculuq işləri, bu ad altında korrupsiya ehtimalları, əhalinin köçürülməsinin ləngiməsi kimi məsələlər də verilişdə müzakirə mövzusu olub.

Ümid rəsmisi Ermənistan xüsusi xidmət orqanlarına işləyən 15 yaşlı qızın həbs edilməsi xəbərinə də münasibət bildirib, ölkə gənclərinin problemlərindən, bu cür cinayət əməkdaşlığına, zərərli qruplaşmalara qoşulmaları təhlükəsindən, ümumilikdə təhsisl sistemindəki problemlərdən də danışıb.

Qazilərin çoxsaylı problemləri də verilişdə müzakirəyə çıxarılıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz