UMID MEDIA-nın “Sual-cavab” rubrikasında “Ramil Səfərovla bağlı cəmiyyətdəki fikir haçalanmalarının səbəbi nədir?” sualına Ümid Partiyasının sədri İqbal Ağazadə cavab verib. umidparty.org həmin cavabı izləyicilərə təqdim edir:
Xatırladaq ki, 26 may tarixində Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib.
Qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlı olub.
AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Qərarda bildirilir ki, Azərbaycan və Macarıstan Respublikaları Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər.
Həmçinin qərarda Azərbaycan tərəfinin təzminat xərcləri və məhkəmə məsrəflərinə görə ərizəçilərə 15 min 143,33 funt sterling (31,729.03 AZN) təzminat ödəməli olduğu qeyd olunub.
Onu da əlavə edək ki, ermənilərin digər iddiaları rədd edilib.
AİHM-nin bu qərarından sonra Ramil Səfərovla bağlı fikir haçalanmaları başlayıb.
İqbal Ağazadə cəmiyyətdəki bu fikir ayrılıqlarına facebook səhifəsində öz mövqeyini bildirib. Partiya sədrinin statusunu izləyicilərə təqdim edirik:
Doğru və ya yanlış, bu hadisə baş verib və bizim vəzifəmiz sona qədər Ramil Səfərovu müdafiə etməkdir. Ramil Səfərovların uşaqlıq dövrünü, dədə-baba yurdunu, normal yaşayışlarını əlindən alanları durdurmaq istəməyənlər, dəstək verənlər bu gün bizdən ədalət ummasınlar. Biz ədaləti Xocalıda qətl edilən gördük, biz ədaləti Şuşada satılan gördük, biz ədaləti Qarabağ işğal olunanda, bir milyon insan qaçqın düşəndə susan gördük…
Biz ədalətliyik, həm də çox…
…lakin Qarabağı işğaldan azad etdikdən sonra…
Şərh yaz