Sentyabrın 15-də Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında
15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibəti ilə “Bölgədəki siyasi durum və Azərbaycan-Türkiyə münasibətlərinin prespektivləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Ümid Partiyasını sədrin müavini Rüfət Muradlı təmsil edib.
R.Muradlı çıxışında təklif edib ki, 1918-ci il 15 sentyabr tarixində Bakını işğaldan azad edən bəylərin, paşaların adı Bakıda küçələrə verilsin, Nuru Paşaya isə heykəl qoyulsun. Təklif maraqla qarşılanıb.
Sözügedən tədbirin həmin hissəsini təqdim edirik:
Ümid Partiyasının Mətbuat Xidməti
Şərh yaz