Ümid Partiyasının sədri İqbal Ağazadə 28 fevral 2022-ci ildə Şəmşad Ağanın təqdimatında Toplum Tv-də canlı efir qonağı olub.
Veriliş “Rusiya-Ukrayna müharibəsi nə ilə nəticələnəcək?” mövzusu ətrafında baş tutub.
Partiya sədri Rusiyanın Ukraynaya silahlı hücumundan, işğalçılıq siyasətindən, 21-ci əsrdə suverenliyə təhdid olan açıq müharibənin səbəbləri, həmçinin Rusiyanın dünyadan təcrid edilməsi, iqtisadi və maliyyə sanksiyalarından danışıb.
Eyni zamanda, dünyanın Ukraynaya dəstəyi, Rusiyanı durdurmağa çalışması, yanlış siyasi məqsədlər, Putin və onun idarəetmə metodu da verilişin müzakirə mövzusu olub.
İqbal Ağazadə keçmiş sovet respublikalarının bu müharibədə tutduğu mövqedən, ümumilikdə Rusiyadan uzaqlaşma istəyindən, Rusiyanın parçalanma ehtimalından, Putinsiz Rusiya, NATO-nun, Qərbin dostu olan Rusiya gözləntilərindən də danışıb.
Ümid Partiyasının sədri Rusiyanın xaricdəki pullarına olan təhlükədən, rublun dəyərdən düşməsindən, Rusiya vətəndaşlarının yaşayış səviyyəsinin aşağı düşəcəyindən və bunun yaradacağı narazılıqlardan, bu vəziyyətin Rusiyada çalışan və yaşayan azərbaycanlılara təsirindən də söz açıb.
Verilişdə əzilmiş Putin dönəmi, Rusiyanın müttəfiqinin olmaması, ondan qorxan və fərqli maraqları olan ölkələrin davranışı, həmçinin, Ukraynanın Rusiyaya qarşı irəli sürdüyü şərtlər, ölkənin suverenliyinin tanınmasının qarşı tərəfdən tələb edilməsi, növbəti mərhələdə Ukraynaya dəyən zərərin ödətdirilməsi ehtimalları da müzakirəyə çıxarılıb.
İqbal Ağazadə Rusiya qoşunlarının sülhməramlı kimi Azərbaycanda olmasından, bunun səbəblərindən, Azərbaycanın da post-Putin dönəminə hazırlığının vacibliyindən də danışıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: