Ümid Partiyasının təbliğat və informasiya üzrə sədr müavini Tamilla Qulami 18 mart 2022-ci ildə APA Tv-də Sevinc Osmanqızının təqdimatında “Sosium” verilişində canlı efir qonağı olub.
Veriliş “Çeçenlər mühasirədə, Kiyev meşələrində üzbəüz döyüş. Putin xalq qarşısına çıxdı”,- mövzusu ətrafında baş tutub.
Tamilla Qulami Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın hərbi təcavüzündən, 23 gündür ki, davam edən hərbi əməliyyatlardan danışıb. O, həmçinin Rusiyanın demokratiya qorxusundan, parçalanma ilə bağlı yaşadığı əndişədən, imperialist xislətindən əl çəkməməsinin səbəblərindən söz açıb.
Ümid sədrinin müavininin fikrincə, dünyanın, xüsusən post-sovet ölkələrinin Rusiya xofu Ukrayna müharibəsi ilə dağılıb. O, Rusiyanın hərbi əməliyyatları dayandırmamasının, geri dönüş etmək istəməməsinin səbəblərindən danışıb, ona qarşı olan sanksiyaların səbəbləri və gətirəcəyi nəticələr barədə fikrini bölüşüb,
Rusiyanın getdikcə daha da aqressivləşməsinin yaratdığı təhlükələrə toxunub. O, Putinin hakimiyyətdən getməsinin vacibliyini də vurğulayıb.
Tamilla Qulami Azərbaycan xalqının və hökumətinin Ukraynanın yanında olmasının vacibliyindən də danışıb. Həmçinin Rusiyaya qarşı həyata keçirilən sanksiyaların nə dərəcədə effektiv olacağı barədə da fikirlərini bölüşüb.
Dağlıq Qarabağdakı problemlərə və 44 günlük müharibəyə diqqət çəkən Tamilla Qulami dünyanın bizim problemlərə ikili standartlarla yanaşmasının səbəblərini vurğulayıb.
Siyasi şərhçi Turab Rzayevin, hüquqşünas Şamil Paşayevin də iştirak etdiyi verilişdə Rusiyaya qarşı dünyanın birləşməsi, ciddi sanksiyalar, bahalıq, ixrac problemləri, ticari problemlər, bu müharibənin dünya və Azərbaycan üçün yaradacağı çətinliklər də müzakirəyə çıxarılıb. Həmçinin Rusiyanın SSRİ-ni bərpa edəcəyi barədə iddiaların nə dərəcədə əsaslı olduğu da müzakirə edilib.
NATO-nun Rusiya ilə birbaşa savaşa girməməsinin səbəbləri, nə zaman müharibəyə qoşulacağı barədə ehtimallar da verilişdə müzakirə mövzusu olub.
Sözügedən efiri izləyicilərə təqdim edirik: