Ümid Partiyasının sədr müavini Tamilla Qulami 22 fevral 2022-ci ildə jurnalist Ləman Ələşrəfqızının təqdimatında Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Rusiya ilə müttəfiqlik bizə nə vəd edir?” mövzusu ətrafında baş tutub.
Partiya sədrinin müavini Rusiyanın separatçı Donetsk və Luqansk respublikalarını tanımasından, Rusiyanın təcavüzkar siyasətindən, SSRİ-nin, imperiyanın bərpa cəhdlərindən danışıb. Həmçinin, bu iki separatçı rejimlərdən sonra Rusiyanın Qarabağdakı seperatçı rejimin müstəqilliyini tanıya biləcəyi təhlükəsindən danışılıb. Tamilla Qulami Qərbin verdiyi bəyanatların səbəblərinə və Rusiyaya qarşı gözlənilən sanksiyalara da diqqət çəkib.
Tamilla Qulami işğaldan azad olunmuş Azərbaycan torpaqlarına vətəndaşlarımızın köçürülməməsindən, minaların təmizlənməsinin ləng getməsindən də danışıb və Ümid Partiyasının bu istiqamətdəki təkliflərini bir daha səsləndirib.
Eyni zamanda, Qarabağda referendum təhlükəsinə, Qarabağın statusuna, Rusiyanın Qarabağla bağlı apardığı siyasətdən, davranışlarına diqqət çəkib. Verilişdə torpaqlarımızın təkrar itirilməsi təhlükəsindən, Sülh Müqaviləsinin imzalanmaması səbəblərindən, Şuşa bəyannaməsindən və Türkiyənin proseslərdə tutduğu mövqedən də danışılıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: