Şəhidlərimizin dörddə biri Ağdamdan olub

23 iyul Azərbaycanın strateji əhəmiyyətli rayonlarından biri olan Ağdamın işğalı günüdür. Ağdam 27 ildir ki, düşmən tapdağı altındadır.

İşğal günü ilə bağlı Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Xural TV-yə müsahibə verib.

Partiya sədri deyib ki, atəşkəs dönəmi ilə birlikdə Azərbaycanın iyirmi dörd min şəhidi var və onlardan altı mini – dörddə biri Ağdam rayonundandır. Ağdam Qarabağın incisi, iqtisadi mərkəzi, demək olar ki, Qarabağın paytaxtı idi. Ağdamlılar torpaqları üçün mərdliklə, ləyaqətlə döyüşüblər. Bəzən torpaqların işğalı faktoru məsələsinə görə ağdamlıların, qarabağlıların üzərinə gedilir. Amma siyasi hakimiyyət yerində deyilsə, kim olursan ol, ordu idarə edə, torpaq qoruya bilməzsən.

umidparty.org verilişin sözügedən hissəsini izləyicilərə təqdim edir:

Şərh yaz