“Təcili!
Dövlət karantin müddətində iri marketlərlə müqavilə imzalayıb SOSİAL MARKETLƏR yaratmalıdır.
İqtisadi İnkişaf Nazirliyi dövlət büdcəsi hesabına ərzaqlar almalı, sosial mağazalarda maya dəyərindən aşağı qiymətlərlə satışını təşkil etməlidir ki, əhalinin aztəminatlı hissəsi müdafiəsiz qalmasın.
Yaradılan fonda daxil olan vəsaitlərdən də bu məqsəd üçün istifadə etmək olar. Hər halda bunun üçün mənbəələr var.
Səlahiyyətli dövlət qurumları üçün maraqlı olarsa, Ümid Partiyası bu məsələ ilə bağlı tam proqram təqdim etməyə hazırdır.
Nəzərə almalıyıq ki, mövcud qiymətlər aztəminatlı ailələrin vəziyyətinə çox pis təsir göstərir. Bir neçə gündən sonra vəziyyət daha mürəkkəb ola bilər.”
ÜMİD MEDİA
Şərh yaz