Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə 8 iyun 2021-ci il tarixində LAFTV-də jurnalist Afət Telmanqızının canlı efir qonağı olub.
Aparıcının “Sərhəddə Ermənistan diversiya qrupunun aktivləşməsində niyyət və məqsəd nədir” sualına Ənvər Ağazadə cavab verib ki, ermənilərin niyyət və məqsədləri hər zaman bizə bəlli olub, erməni xisləti, erməni mahiyyəti hər zaman belə olub. Belə ki, onlar hələ də niyyətlərindən əl çəkməyiblər. Uzun illərdir ki, onların qarşılarına qoyduqları bir plan var. Azərbaycanın torpaqlarına göz dikmək. Azərbaycan tərəfinin bütün bunların qarşılığında nə etməsi gərəkdiyinə gəldikdə isə qeyd edək ki, mövcud iqtidara təkliflərimizdən biri bu idi ki, müəyyən zamanadək Azərbaycan-Ermənistan sərhəddində istinad divarları çəkilməlidir. Vətəndaşlarımızın, əsgərlərimizin təhlükəsizliyinin təminatı üçün bu, vacibdir. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti hələ də doğru-düzgün məlumat vermir və haqlı olaraq da Azərbaycan cəmiyyəti bütün bu baş verənlərdən narahatdır.
Partiya sədrinin birinci müavini bildirib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi informasiya müharibəsində də gecikir. Sərhədlərimizin bərpası istiqamətində işlər gördüyümüz zaman Ermənistan mətbuatı bütün aləmə car çəkdi ki, Azərbaycan Ermənistana daxil olub. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bir bəyanat belə verilmədi o zamanadək ki, Fransanın prezidenti Emmanuel Makronun bu saxta xəbərlə bağlı Ermənistanı müdafiə edən bir bəyanatı oldu. Azərbaycanın Fransadakı səfirindən isə bir cavab görmədik. Makronun məlum bəyanatından sonra AR XİN bəyanat verdi ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsini əsas tutaraq, dövlət sərhədlərimizi bərpa edirik.
Verilişdə gündəm müzakirə olunub, problemlərin həlli istiqamətində Azərbaycan hakimiyyətinə Ümid Partiyasının təklifləri təqdim edilib.
Sözügedən verilişi izləyicilərə təqdim edirik: