Tamilla Qulami: Cahan qurtuluş suyunu gəncliyin əlindən içəcək

Gənclik cəmiyyət adlı ağacın gələcək üçün bar verən fidanıdır. Onun adı bu gün, onun adı gələcək. Bir millətin sabahı gənclər olmadan aydınlanmaz. Milli dəyərlər, nəsillərdən bizə əmanət olan ciyinlərdən daşına biləcək müqəddəs yükün şanlı qulluqçularıdır gənclər…

Əxlaqı təmiz, mədəniyyəti yüksək, ürəkləri cəsarət dolu gənclər istiqbal qapısını açmaq üçün şifrədir… Gəncləri millət ağacının nurlu və parlaq meyvələri görmək istəyiriksə, onları ancaq haqq və ədalət dolu çağırışlarımıza şərik edəcəyik.

Fin yazıçısı, filosof Yohan Vilhelm Snelman “gəncliyin ruhunu işlənməyən bir tarla kimi özbaşına buraxsan, orada tikanlar yetişər” deyib…

Demək ki, gəncliyin ruh dünyasının bağbanı olmaq, hiss və düşüncələrini bir fidan kimi qorumaq gərəkdir.

İdeal gəncliyin yetişməsi üçün ən önəmli olan onların təhsilidir. Təhsil, savad milli dəyərlər ilə əxlaqi dəyərləri qucaqlamırsa, onun qoynunda yetişən gənclik əskikdir, yoxsuldur…

Məhəmməd Peyğəmbər (s.a.s.) buyurub ki, sizə gənclərlə xeyirxah olmanızı tövsiyə edirəm. Çünki gənclərin ürəyi yumşaqdır. Allah məni şahid, mübəşşir və nəzir olaraq göndərdi. Gənclər mənə etibar etdi, ixtiyarlar isə müxalif çıxdı.

Demək ki, gələcəklə bağlı ümidlərimiz, gənclərə davranış şəklinə və onları necə yetişdirdiyimizə bağlıdır…

Onları sevgi və şəfqət insanı etməyimiz bizdən asılıdır. Sevgi verməliyik bolluca…

Əgər onlar ümid, əzmlərini itirərlərsə, bu millətin gələcəyində günəş doğmaz, üfüqləri dumanlı, çənli, sabahları qaranlıq deməkdir…

Ümid Partiyası bugünədək hər zaman cəmiyyətin, gəncliyin problemləri qabardıb, sədrimiz İqbal Ağazadə tərəfindən onların sosial rifaha çatması, işlə, evlə təmin olunması, təhsil alması, sağlıq problemi yaşamaması yönündə hakimiyyətə dəfələrlə təkliflər paketi sunulub. 

Əgər bir dünyaya ədalət və hürriyyətin əbədi sancağını tikəcək bir nəsil yetişdirmək istəyiriksə, gəncliyi çətin, çıxılmaz düşüncələrdən, qaranlıq ideallardan, bütlərdən, onları ümidsizliyə yönləyən fikirlərdən uzaq tutmalıyıq. İdealımızdakı nəsil yetişənə və cahan onların əlindən bir daha qurtuluş suyunu içənə qədər…

Biz bunu edəcəyik! Ümid…lə!

Tamilla Qulami
Ümid Partiyası sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavini

Şərh yaz