1 sentyabr 2024-cü il Milli Məclisə növbədənkənar seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi irəli sürülən Tamilla Qulami təbliğat – təşviqat kampaniyası zamanı bir qrup seçicisi ilə görüş keçirib:
“Seçicilərimizlə o qədər pozitiv dialoqumuz oldu ki… Çox sevindirici idi… Bu insanlar kiminsə vasitəsiylə məcburi toplananlar deyildi, bu insanlar inanan, güvənən və nəhayət, sözün əsl mənasında onlara millət vəkilliyi edən namizəd gözləyirlər, illərlə deputat kürsüsünü məşğul edib, xalqı unudanı yox…
Biz ÜMİDinizin tumurcuqlarını cücərdəcəyik.
Birlikdə!
Seçiminiz Ümidim, Səsiniz Əmanətimdir!” – deyə Tamilla Qulami öz sosial şəbəkə hesabında yazıb.
Şərh yaz